Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
“Regional hadisələr və atəşkəs xəbərlərinin yayılması fonunda ordu komandanlığı vətəndaşlara cənub yaşayış məntəqələrinə qayıtmaqdan çəkinməyi və İsrail qoşunlarının irəlilədiyi ərazilərə yaxınlaşmamağı tövsiyə edir. Bu, öz təhlükəsizliklərini təmin etmək üçün zəruridir, əks halda insanlar həyatlarını təhlükə altına qoya bilərlər”, - deyə Livan ordusunun bəyanatında qeyd olunub.
Daha əvvəl İsrail bildirmişdi ki, ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs razılaşması Livana şamil edilmir. Bu gün səhər İsrail tərəfi cənub şəhərlərindən birinin sakinlərinin məcburi təxliyəsi ilə bağlı yeni hədələr səsləndirib və yaxın vaxtlarda həmin istiqamətdə zərbə endiriləcəyini qeyd edib.
Livan ordusu həmçinin ölkənin cənub sakinlərini ərazidə yerləşdirilmiş hərbi bölmələrin göstərişlərinə əməl etməyə, maksimum dərəcədə diqqətli olmağa və regionda aşkar olunmuş partlamamış sursatlardan və şübhəli əşyalardan uzaq durmağa çağırıb.
Sevinc Əliyeva
Ordu.az