Bəhreyn PUA-nın düşməsi nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb, Əbu-Dabidə “Həbşan” obyektinin fəaliyyəti dayandırılıb

2026/03/1774157271.jpg
Oxunub: 361     13:29     08 Aprel 2026    
Bəhreynin Daxili İşlər Nazirliyi İran pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində iki nəfərin yaralandığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisə Sitra yaşayış məhəlləsində baş verib. Bir neçə bina zərər görüb.

Öz növbəsində, Əbu-Dabi administrasiyasının mətbuat xidməti “Həbşan” qaz kompleksinin fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib. Çərşənbə günü səhər tezdən qaz kompleksində baş vermiş yanğın barədə məlumat daxil olub. Məlumata əsasən, yerli hakimiyyət orqanları yanğının Əbu-Dabinin hava hücumundan müdafiə sistemləri tərəfindən raketin vurulmasından sonra düşən qalıqlar nəticəsində baş verdiyini təsdiqləyib.

Pilotsuz uçuş aparatının vurulması nəticəsində həmçinin BƏƏ-nin iki və Hindistanın bir vətəndaşı xəsarət alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   PUA  


Bizi "telegram"da izləyin