Ordu.az xəbər verir ki, bu barədə İran mətbuatı ölkənin Milli Neft Şirkətinə (NIOC) istinadən məlumat yayıb.
"Bu gün səhər saat 10 radələrində Lavan adasındakı "Lavan" neft emalı zavodunun obyektləri hücuma məruz qalıb. Xoşbəxtlikdən, işçi heyətinin vaxtında təxliyə edilməsi sayəsində hazırda itkilər barədə məlumat yoxdur. Təhlükəsizlik xidmətləri və yanğınsöndürən briqadalar hazırda yanğının lokallaşdırılması və söndürülməsi, eləcə də obyektin təhlükəsizliyinin təmin edilməsi ilə məşğuldur", - şirkətdən bildiriblər.
NIOC-un məlumatında qeyd olunur ki, ölkədə yanacaq təchizatı və paylanması sistemi sabit işləyir.
"Bununla belə, həmvətənlərimizdən bu sahədə çalışan işçiləri dəstəkləməyi, yanacaqdan səmərəli istifadə etməyi, lüzumsuz səfərlərdən çəkinərək ictimai nəqliyyatdan istifadə etməyi xahiş edirik", - məlumatda deyilir.
***
İranın cənubunda yerləşən Siri adasında bir sıra partlayışlar baş verib.
Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Partlayışların səbəbləri barədə heç bir məlumat verilməyib.
Bundan əvvəl İran KİV-i ölkənin cənubunda, Fars körfəzi bölgəsində yerləşən Lavan adasındakı neft emalı zavodunda baş verən partlayışlar barədə məlumat vermişdi.
***
Aprelin 8-də təsdiqlənmiş atəşkəsdən sonra İranın cənubunda yerləşən neft emalı zavodunda partlayışlar baş verib.
Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış qeydə alınıb.
Ada Fars körfəzində yerləşir.
***
İranın Sirri adasında bir neçə partlayış baş verib.
Ordu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi mənbəyə istinadən məlumat verib.
Digər təfərrüatlar açıqlanmır.
***
İranın Lavan adasında yerləşən neft emalı zavodunda (NEZ) bir neçə partlayış baş verib.
Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayışların səbəbi hələlik məlum deyil.
Sevinc Əliyeva
Ordu.az