İraqın bütün hava limanları fəaliyyətini bərpa edib

2025/02/1739719415.jpg
Oxunub: 398     13:04     08 Aprel 2026    
İraqın Mülki Aviasiya İdarəsi aprelin 8-dən hava məkanının açıldığını və bütün hava limanlarının fəaliyyətinin bərpa edildiyini elan edib.

Ordu.az xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.

"Vəziyyət sabitləşdikdən sonra bu gündən etibarən hava hərəkəti üçün İraqın hava məkanının yenidən açılması qərara alınıb", - agentliyin məlumatında qeyd edilib.

İraq hava limanlarında tranzit, uçuş və eniş müəyyən edilmiş qayda və təlimatlara uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ, İsrail və İran münaqişəsi səbəbindən ölkənin hava məkanı fevralın 28-dən bağlanmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Hava-limanı  


Bizi "telegram"da izləyin