İsrail İrana qarşı əməliyyatların dayandırıldığını elan edib

2026/03/1774080864.jpg
Oxunub: 385     12:22     08 Aprel 2026    
İsrail Hərbi Hava Qüvvələri (IDF) bildirir ki, bu gün 03:00 radələrindən etibarən İrana heç bir zərbə endirilməyib.

Ordu.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə IDF mətbuat xidmətinin bəyanatında deyilir.

Atəşkəs razılaşmasına qədər, gecə ərzində İranda həyata keçirilən “genişmiqyaslı” zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri buraxılış mövqelərini və ballistik raket qurğularını vurub.

Hərbçilərin sözlərinə görə, məqsəd İranın ballistik raketlə hücumlarını əhəmiyyətli dərəcədə azaltmaq və qarşısını almaq olub.

IDF Baş nazir Netanyahunun bəyanatına dəstəkləyərək, razılaşmanın Livana aid olmadığını, Hizbullaha qarşı mübarizənin davam etdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin