Ordu.az xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkətinin siyasi informasiya şöbəsinin rəhbəri Həsən Abedini bildirib.
“Əgər, məsələn, nəzərə alsaq ki, ötən il boğazdan 32 min gəmi keçib və hər birindən 2 milyon dollar alınsa, bu, təxminən 64 milyard dollar edər”, - deyə Abedini bildirib.
Qeyd edək ki, İranın Hörmüz boğazı üzərində nəzarəti Tehranın təqdim etdiyi və ABŞ ilə sülh danışıqlarının əsasına çevrilən 10 bəndlik proqramda da əksini tapıb.
Sevinc Əliyeva
Ordu.az