ABŞ və İran arasında müvəqqəti atəşkəs xəbərləri fonunda Avropada qazın qiyməti 18,5 faiz azalıb

2024/12/1734707577.jpg
Oxunub: 325     12:02     08 Aprel 2026    
Avropada qazın birja qiymətləri çərşənbə günü ticarətin başlanğıcında 18,5 faiz azalaraq min kubmetr üçün 518,6 dollara düşüb.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” Londonun ICE birjasının məlumatlarına istinadən məlumat yayıb.

Ucuzlaşma ABŞ və İran arasında müvəqqəti atəşkəs barədə xəbərlərlə bağlı olub.

Avropanın ən iri qaz qovşağı olan Niderlandın TTF habında may fyuçersləri İrəvan vaxtı ilə saat 10:00-da 518,6 dollar səviyyəsində açılıb (-18,5 faiz).

Saat 10:15-ə olan məlumata görə, göstərici bir qədər yüksələrək 529,3 dollara (-16,8 faiz) çatıb.

Kotirovkaların dinamikası əvvəlki iş gününün bağlanış qiymətinə nisbətən hesablanır, həmin vaxt bu göstərici min kubmetr üçün 597,6 dollar olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Avropa  


Bizi "telegram"da izləyin