ISNA: ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə parlament sədri rəhbərlik edəcək

2026/03/1773345912.jpg
Oxunub: 411     11:30     08 Aprel 2026    
Cümə günü keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə İran İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Mövcud məlumata görə, Amerika nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək.

“İranın təklif etdiyi 10 bəndlik proqramın çərçivəsi təkcə nüvə proqramı və regional təhlükəsizlik məsələlərini deyil, həm də son təxminən 45 il ərzində İrana qarşı tətbiq olunmuş ilkin və ikinci dərəcəli sanksiyaların aradan qaldırılmasını əhatə edir”, - deyə İran KİV-i yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   İran   ABŞ  


Bizi "telegram"da izləyin