Ordu.az "Haber Global"a istinadən xəbər verir ki, bununla da saxlanılan şübhəlilərin sayı 11-ə çatıb.
***
İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı 10 nəfər saxlanılıb.
Ordu.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, xəstəxanada müalicəsi davam edən 2 şübhəli də daxil olmaqla saxlanılanların sayı 10-a çatıb.
Qeyd edək ki, aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı da silahlı insident zamanı xəsarət alıb.
Ordu.az