Ordu.az xəbər verir ki, müqavilənin 2030-cu ilin fevralına qədər tamamlanması planlaşdırılır.
Müqavilə çərçivəsində sursat istehsalı ilə yanaşı ehtiyat hissələri və diaqnostika avadanlıqlarının da təchiz ediləcəyi bildirilib. İlkin mərhələdə 338 milyon dollarlıq maliyyələşdirmənin ayrıldığı, ümumi məbləğlə bağlı detalların isə açıqlanmadığı qeyd edilib.
İxrac müştəriləri də proqramda yer alır
Proqramın Xarici Hərbi Satışlar (FMS) çərçivəsində bir neçə ölkəni də əhatə etdiyi bildirilib. Belçika, Kanada, Finlandiya, Almaniya, İtaliya, Norveç, Cənubi Koreya və İsveçrənin sözügedən istehsal paketində yer aldığı açıqlanıb.
İlkin maliyyə hissəsinin 171,5 milyon dollarlıq qisminin bu ölkələr tərəfindən qarşılandığı bildirilib, proqramda iştirak edən bütün ölkələrin daha əvvəl F-35A döyüş təyyarəsi tədarük etdiyi qeyd olunub.
Çoxrejimli idarəetmə sistemi
GBU-53/B “StormBreaker” sursatı sabit və hərəkətli hədəflərə qarşı dəqiq zərbə endirə biləcək şəkildə hazırlanıb. Çoxrejimli idarəetmə sistemi sayəsində müxtəlif əməliyyat şəraitlərində hədəf nişanalması təmin olunur.
Təxminən 93 kiloqram çəkisi olan sursat təyyarələrin bir uçuşda daha çox sursat daşımasına imkan yaradaraq hədəf nişanalma qabiliyyətini artırır.
Sevinc Əliyeva
Ordu.az