BƏƏ regional müharibədə “qələbə qazandığını” bəyan edib

2026/03/1774807623.jpg
Oxunub: 393     11:16     08 Aprel 2026    
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş bəyan edib ki, onun ölkəsi Yaxın Şərq müharibəsində “qələbə qazanıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ənvər Qarqaş “X” sosial şəbəkəsində yazıb.

“BƏƏ səmimi şəkildə qaçmağa çalışdığımız müharibədə qələbə qazandı. Biz suverenliyimizi və ləyaqətimizi qoruyan, nailiyyətlərimizi məkrli təcavüzdən xilas edən güclü milli müdafiə sayəsində qalib gəldik. Bu gün biz irəli gedirik, regional mürəkkəb vəziyyəti idarə etmək üçün daha təsirli rıçaqlara, daha dərin baxışlara və gələcəyə təsir etmək, onu formalaşdırmaq üçün daha böyük imkanlara malikik. Gücümüz, sabitliyimiz və dözümlülüyümüz BƏƏ-nin dirçəliş modelini möhkəmləndirib”, - deyə Qarqaş yazıb.

Bu gecə ABŞ və İran Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs elan ediblər.

Münaqişə tərəfləri arasında danışıqlar cümə günü, aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Müharibə  


Bizi "telegram"da izləyin