Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Bəhreyn hakimiyyətinin məlumatına görə, mülki müdafiə qüvvələri İran hücumlarının hədəfinə çevrilmiş obyektdə baş vermiş yanğını söndürməyə nail olub.
Gecə ərzində Qətərə çoxsaylı hücumlar baş verib, ölkənin Müdafiə Nazirliyi isə vurulan təyyarənin qalıqlarının düşməsi nəticəsində dörd nəfərin yaralandığını bildirib.
Küveyt və Birləşmiş Ərəb Əmirliklərində də hücumlar qeydə alınıb.
Səudiyyə Ərəbistanı beş ballistik raketin vurulduğunu açıqlayıb.
Əbu-Dabi administrasiyasının mətbuat xidməti isə son iki saat ərzində onların qüvvələrinin “Həbşan” qaz yatağında baş vermiş yanğına reaksiya verdiyini bildirib.
Əbu-Dabi administrasiyası yanğının səbəbini dəqiqləşdirməyib.
Bundan az əvvəl BƏƏ-də həyəcan siqnalları səslənmişdi.
Sevinc Əliyeva
Ordu.az