NHK: Fars körfəzindəki vəziyyətin iqtisadiyyata mənfi təsiri davam edəcək

2026/03/1773466996.jpg
Oxunub: 367     10:33     08 Aprel 2026    
Yaponiya hökuməti hesab edir ki, ABŞ ilə İran arasında iki həftəlik atəşkəs elan edildikdən sonra ticarət gəmiləri Hörmüz boğazı ilə hərəkət etməyə başlayacaq, lakin qlobal vəziyyətə mənfi təsir davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə NHK-yə müsahibəsində baş nazir aparatının yüksək vəzifəli rəsmisi Sanae Takaçi anonimlik şərti ilə bildirib.

“ABŞ ilə İran arasında mövcud razılaşma müəyyən sakitlik yaradır. Hesab edirik ki, gəmilər indi Fars körfəzi regionunda adi qaydada hərəkət etməyə başlayacaq. Bununla belə, hər şey sabit əsasda həll olunana qədər Yaponiya və dünya iqtisadiyyatına təsir davam edəcək”, - deyə o bildirib.

Rəsmi ümid etdiyini bildirib ki, mövcud problemlər indiki iki həftəlik atəşkəs müddətində diplomatik yollarla həll olunacaq.

Onun fikrincə, xüsusilə İranın zənginləşdirilmiş uranı ilə bağlı vəziyyət diqqət mərkəzində olacaq.

“İstənilən nəticəyə gəlmək üçün hələ tezdir”, - deyə Yaponiya hökumətinin rəsmisi vurğulayıb.

Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yüksək vəzifəli rəsmisi isə NHK-yə bildirib ki, Hörmüz boğazının effektiv blokadası səbəbindən hazırda Fars körfəzində 42 Yaponiya gəmisi qalıb.

“Biz bu marşrutun gəmiçilik üçün tam şəkildə yenidən açılıb-açılmadığını diqqətlə araşdırırıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fars-körfəzi   İqtisadiyyat  


Bizi "telegram"da izləyin