Vaşinqton və İsrail daha əvvəl İranla iki həftəlik atəşkəs barədə razılığa gəlib və qarşıdakı danışıqlarda “ABŞ-İsrailin ümumi məqsədləri”nə, o cümlədən nüvə materialları və raket proqramı ilə bağlı məsələlərə sadiq qalacaqlarına söz veriblər.
Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” anonim israilli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ digər məsələlərlə yanaşı, Tehrandan “bütün nüvə materiallarını ölkədən çıxarmağı”, uranın zənginləşdirilməsini dayandırmağı və “ballistik raket təhlükəsini və sairəni aradan qaldırmağı” tələb edəcəyinə söz verib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
İran