“Fars”: İrana dəyən zərər yeni yaradılacaq investisiya fondundan ödəniləcək

2026/03/1773226504.jpg
Oxunub: 415     10:24     08 Aprel 2026    
Fars körfəzində münaqişə zamanı İrana dəyən zərər maraqlı maliyyə institutlarının iştirakı ilə yaradılacaq xüsusi investisiya fondu hesabına kompensasiya olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.

Tehranın irəli sürdüyü atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbənin sözlərinə görə, “İranın itkilərinin kompensasiyası yaradılacaq investisiya və maliyyə fondu vasitəsilə həyata keçiriləcək”.

Fondun strukturu və ya idarə olunması ilə bağlı hələlik məlumat yoxdur.

Həmçinin bildirilir ki, Hörmüz boğazından keçən gəmilər üçün İran vergilərin bir hissəsini toplamaq niyyətindədir və bu vəsait münaqişə zamanı dağıdılmış obyektlərin bərpası proqramlarına sərf olunacaq.

Agentlik qeyd edir ki, İranın atəşkəs şərtlərinə əsasən, İran Omanla birlikdə Hörmüz boğazından keçən gəmilərdən vergi toplamaq hüququ əldə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ziyan  


Bizi "telegram"da izləyin