Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Brent” neftinin qiyməti 2026-cı il martın 11-dən bəri ilk dəfə 15 faiz ucuzlaşaraq psixoloji baxımdan vacib olan 92 dollar həddindən aşağı düşüb.
Səhər saatlarında azalma artıq 15,35 faizə çatıb və “Brent” nefti bir barel üçün 91,16 dollardan satılıb.
Digər mühüm göstərici olan Amerika WTI markası da eyni tendensiyanı izləyib.
Onun 2026-cı ilin may fyuçersləri 16,33 faiz dəyər itirərək bir barel üçün 94,50 dollara enib.
Sevinc Əliyeva
Ordu.az