Netanyahu: “İsrail İrana zərbələrin dayandırılmasını dəstəkləyir”

2026/04/1775628713.jpg
Oxunub: 362     10:06     08 Aprel 2026    
“ABŞ İsraili əmin edib ki, İranla danışıqlar zamanı iki ölkənin ümumi məqsədlərinə sadiq qalacaq”.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatına istinadən məlumat yayıb.

“ABŞ İsraili qarşıdakı danışıqlar zamanı Amerika Birləşmiş Ştatları, İsrail və regional müttəfiqlərin ümumi məqsədlərinə nail olunmasına sadiqliyinə əmin edib”, - deyə baş nazir bildirib.

Bundan əlavə, İsrail Trampın İrana zərbələri iki həftəlik dayandırmaq qərarını dəstəkləyir.

“İsrail Prezident Trampın İrana zərbələri iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir, bu şərtlə ki, İran dərhal Hörmüz boğazını açsın və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırsın”, - deyə Netanyahu bildirib.

O əlavə edib ki, İsrail həmçinin ABŞ-nin “İran təhdidini” neytrallaşdırmaq səylərini yüksək qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   İran  


Bizi "telegram"da izləyin