Ordu.azxəbər verir ki, bu barədə “The Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatına istinadən məlumat yayıb.
“ABŞ İsraili qarşıdakı danışıqlar zamanı Amerika Birləşmiş Ştatları, İsrail və regional müttəfiqlərin ümumi məqsədlərinə nail olunmasına sadiqliyinə əmin edib”, - deyə baş nazirin qəzetin sitat gətirdiyi bəyanatında bildirilir.
Bundan əlavə, İsrail Trampın İrana zərbələrin dayandırılması ilə bağlı qərarını, eləcə də ABŞ-nin “İran təhdidini” neytrallaşdırmaq səylərini dəstəkləyir.
Sevinc Əliyeva
Ordu.az