“The Times of Israel”: ABŞ-İran atəşkəsi Livana şamil olunmur

2024/11/1730532847.jpg
Oxunub: 424     09:59     08 Aprel 2026    
ABŞ-İran arasında əldə olunmuş iki həftəlik atəşkəs Livana şamil olunmur.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

“İki həftəlik atəşkəs Livana şamil olunmur”, - deyə ofisin bəyanatında bildirilib.

Qəzet daha əvvəl yazmışdı ki, Pakistanın Baş naziri Şahbaz Şərifin atəşkəsin “dərhal qüvvəyə mindiyi”, “Livanda və başqa yerlərdə də” tətbiq olunmalı olduğu barədə açıqlamasına baxmayaraq, İsrailin Livanın “Hizbullah” hərəkatına qarşı əməliyyatlarının dayandırılmasına dair heç bir əlamət yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin