Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” hərbi rəsmiyə istinadən məlumat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) İrandan raket buraxılışları həyata keçirildiyini bildirmişdi.
IDF öz “Telegram” kanalında bildirib: “İsrail Müdafiə Qüvvələri bu yaxınlarda İran tərəfindən İsrail Dövlətinin ərazisinə buraxılan raketləri aşkar edib. Hava hücumundan müdafiə sistemləri onların qarşısını almaq üçün işləyir”.
IDF-in bu açıqlaması ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs barədə bəyanatından sonra səslənib.
Bununla belə, IDF-in açıqlamasında razılaşmanın pozulması ilə bağlı hər hansı ittiham yer almayıb.
Sevinc Əliyeva
Ordu.az