AP: Çin ABŞ və İran arasında atəşkəsin əldə olunmasına kömək edib

2026/04/1775022366.jpg
Oxunub: 422     09:50     08 Aprel 2026    
Çin Xalq Respublikası Tehranın ABŞ ilə müvəqqəti atəşkəs razılaşmasına gəlməsinə nail olmaq üçün İranla birbaşa əlaqə qurub.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Agentliyin məlumatına görə, Çin nümayəndələri atəşkəsin bərqərar olunmasına yardım etmək üçün İran hakimiyyəti ilə təmasda olublar.

AP yazır ki, Pekin əvvəlcə İslamabad, Ankara və Qahirə də daxil olmaqla vasitəçilər vasitəsilə hərəkət etməyə çalışıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   İran  


Bizi "telegram"da izləyin