Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına istinadən məlumat yayıb.
“Hazırkı danışıqlar döyüş meydanında baş verən hadisələrin davamıdır”, - deyə agentlik bəyanatdan sitat gətirib.
“Vacibdir ki, bütün xalq, bütün elitalar və siyasi qüvvələr inqilab rəhbərinin və ali rəhbərliyin nəzarəti altında gedən bu prosesə etimad göstərsin, onu dəstəkləsin və birliyi poza biləcək hər cür bəyanatdan qətiyyətlə çəkinsin. Əgər döyüş meydanında düşmənin məğlubiyyəti həlledici siyasi nailiyyətə çevrilərsə, biz qələbəni qeyd edəcəyik, əks halda İran xalqının bütün tələblərinin yerinə yetirilməsinə nail olana qədər çiyin-çiyinə döyüş meydanında mübarizəni davam etdirəcəyik. Barmaqlarımız tətikdədir və ən kiçik səhv halında düşmən güclü cavab alacaq”, - deyə bəyanatda bildirilib.
Sevinc Əliyeva
Ordu.az