Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran Təhlükəsizlik Şurasının bəyanatına istinadən aprelin 8-də məlumat yayıb.
“İran cinayətkar Amerikanı özünün 10 maddədən ibarət proqramını qəbul etməyə məcbur edib. Həmin proqramla ABŞ ümumilikdə hücum etməməyə, İranın Hörmüz boğazı üzərində nəzarətini saxlamağa, uranın zənginləşdirilməsini qəbul etməyə və bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etməyə öhdəlik götürüb”, - deyə “Telegram” kanalında yayımlanan məlumatda bildirilir.
Sevinc Əliyeva
Ordu.az