İran Təhlükəsizlik Şurası respublikanın ABŞ ilə münaqişədə qələbə qazandığını bəyan edib

2026/04/thumb-1775480339.jpg
Oxunub: 313     03:36     08 Aprel 2026    
İranın Ali Milli Təhlükəsizlik Şurası aprelin 8-də bəyan edib ki, İran ABŞ ilə münaqişədə qələbə qazanıb və Vaşinqtonu Tehranın təklif etdiyi nizamlanma proqramını qəbul etməyə məcbur edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Şuranın bəyanatına istinadən öz “Telegram” kanalında məlumat yayıb.

“Düşmən İran xalqına qarşı qorxaq, qeyri-qanuni və cinayətkar müharibəsində mübahisəsiz, tarixi və sarsıdıcı məğlubiyyətə uğrayıb. İran böyük qələbə qazanıb və cinayətkar Amerikanı özünün 10 bəndlik proqramını qəbul etməyə məcbur edib”, - deyə bəyanatda bildirilib.

Bəyanata əsasən, Amerika tərəfi İrana qarşı hücum etməməyə zəmanət verməyi, Tehranın Hörmüz boğazı üzərində nəzarətini saxlamağı, uranın zənginləşdirilməsi prosesinə mane olmamağı və bütün ilkin, həmçinin ikinci dərəcəli sanksiyaları ləğv etməyi öhdəsinə götürüb.

İran Təhlükəsizlik Şurasında vurğulanıb ki, respublikanın silahlı qüvvələri ABŞ obyektlərinə elə zərbələr endirib ki, bunlar “bütün dünyanın yaddaşında həmişəlik qalacaq”.

Bildirilib ki, Tehran regiondakı Amerika qüvvələrini, Vaşinqtonun infrastrukturunu və onun hərbi potensialını darmadağın edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin