Ordu.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən “X” sosial şəbəkəsində yazıb.
“ABŞ və İran arasında nizamlanma sazişi üzrə danışıqların ilk mərhələsi cümə günü İslamabadda planlaşdırılıb”, - deyə o yazıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etmişdi.
Tramp bombardmanları dayandırmağa razılaşmışdı.
Onun sözlərinə görə, bu qərar Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Quru Qoşunları Qərargah rəisi Asim Munirlə apardığı danışıqların nəticəsi olaraq qəbul olunub.
Sevinc Əliyeva
Ordu.az