CNN: ABŞ İran ərazisinə zərbələr endirməyi dayandırıb

2026/03/1773206609.jpg
Oxunub: 251     03:41     08 Aprel 2026    
ABŞ silahlı qüvvələri İran ərazisinə zərbələr endirməyi dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisinə istinadən məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, müharibə başlayandan etibarən ABŞ İranda yerləşən 13 mindən çox hədəfə zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp ötən axşam bildirib ki, İran mühüm Hörmüz boğazını yenidən açmağa razılaşacağı təqdirdə, Tehranla iki həftəlik atəşkəsə razılıq verib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi isə bəyan edib ki, ölkənin silahlı qüvvələri iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçidi koordinasiya edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin