İranın 10 bəndlik atəşkəs planı dərc olunub

2026/04/1775073068.jpg
Oxunub: 305     03:33     08 Aprel 2026    
İranın “Mehr” xəbər agentliyi ABŞ və İsraillə bağlı İranın 10 bəndlik atəşkəs planını yayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

“ABŞ qəti şəkildə öhdəlik götürür:

aqressiyadan imtina etməyə,
İranın Hörmüz boğazına nəzarətini davam etdirməyə,
uranın zənginləşdirilməsini qəbul etməyə,
bütün ilkin sanksiyaları aradan qaldırmağa,
bütün ikinci dərəcəli sanksiyaları aradan qaldırmağa,
BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini ləğv etməyə,
MAQATE Rəhbərlər Şurasının bütün qətnamələrini ləğv etməyə,
İrana kompensasiya ödəməyə,
ABŞ döyüş qüvvələrini regiondan çıxarmağa,
bütün cəbhələrdə, o cümlədən Livanda qəhrəman islam müqavimətinə qarşı müharibəni dayandırmağa”, - deyə İran KİV-i bildirir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin