Ordu.az xəbər verir ki, bu barədə “CBS News” danışıqlara yaxın olan Pakistan hökumətindəki mənbələrə və vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, danışıqlarda ABŞ nümayəndəsi vitse-prezident Ceyms Devid Vens iştirak edir.
Şərif çərşənbə axşamı sosial şəbəkədə yazmışdı ki, Pakistan iki həftəlik atəşkəsi nəzərdə tutan razılaşma təklif edib və bu müddət ərzində İran Hörmüz boğazını yenidən açacaq.
ABŞ və İran həm iki həftəlik atəşkəsə, həm də Hörmüz boğazının eyni müddətə yenidən açılmasına razılıq veriblər.
Sevinc Əliyeva
Ordu.az