CNN: İsrail də iki həftəlik atəşkəs razılaşmasının iştirakçısıdır

2025/02/1738903345.jpg
Oxunub: 254     03:30     08 Aprel 2026    
İsrail də ABŞ Prezidenti Donald Trampın elan etdiyi iki həftəlik atəşkəs razılaşmasının iştirakçısıdır.

Ordu.az xəbər verir ki, bu barədə CNN Ağ Evin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, bu razılaşma Trampın İranın Hörmüz boğazını yenidən açmalı olduğu, əks halda mülki infrastruktura hərbi hücumlarla üzləşəcəyi barədə açıqladığı son müddətə cəmi bir saat yarım qalmış əldə olunub.

Rəsminin sözlərinə görə, İsrail də danışıqlar davam etdiyi müddətdə bombardmanları dayandırmağa razılaşıb.

Bundan əvvəl ABŞ Prezidenti İrana hücumları iki həftə dayandırmağa razılaşdığını bildirmişdi.

O qeyd etmişdi ki, İran 10 bənddən ibarət bir plan təqdim edib və bunu danışıqlar üçün məqbul əsas hesab edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin