Ordu.az xəbər verir ki, bu barədə “Ynet” yazıb.
Təxminən 30 milyard dollar dəyərində qiymətləndirilən bu obyekt “Birləşmiş Ərəb Əmirliklərinin Ulduz qapısı” adı ilə də tanınır.
Bu mərkəz ABŞ hökumətinin dəstəklədiyi, ümumi dəyəri 500 milyard dollar olan daha geniş “Stargate” layihəsi təşəbbüsünün bir hissəsidir və məqsədi süni zəka, xüsusilə süni ümumi zəka (AGI) üçün qlobal hesablama infrastrukturu yaratmaqdır.
Ekspertlər hazırda hesab edirlər ki, Birləşmiş Ərəb Əmirliklərinə server fermalarının ətrafında xüsusi hava hücumundan müdafiə sistemləri yerləşdirmək lazım gələcək.
Kompleks Əbu-Dabidə təxminən 19,2 kvadrat kilometr ərazini tutur və görünür, təhlükəsizlik səbəbləri ilə “Google Maps”də əks olunmur.
Layihənin fəaliyyətinin böyük hissəsi ABŞ-də, o cümlədən Texas və Miçiqandakı kampuslarda cəmlənsə də, Əbu-Dabi ərazisi ABŞ-dən kənarda ölkənin ən böyük süni zəka infrastrukturu mərkəzi hesab olunur.
Layihəyə “OpenAI”, “SoftBank”, Əbu-Dabinin MGX fondu və iri texnologiya şirkətləri, xüsusilə “Nvidia”, “Oracle” və “Cisco”nun daxil olduğu konsorsium rəhbərlik edir.
Sevinc Əliyeva
Ordu.az