CNN: İran ətrafında vəziyyətlə bağlı tezliklə hər iki tərəfdən yaxşı xəbərlər gözlənilir

2026/01/1767987960.jpg
Oxunub: 299     02:04     08 Aprel 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif münaqişə tərəfləri olan ABŞ və İrandan “müharibənin yekun sona çatması üçün diplomatiyaya şans vermək” məqsədilə iki həftəlik atəşkəsi qorumağı xahiş edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

O, eyni zamanda ABŞ Prezidenti Donald Trampdan İranla bağlı son müddəti iki həftə uzatmağı, İranın isə həmin iki həftə ərzində Hörmüz boğazını yenidən açmasını istəyib.

Regional mənbə CNN-ə bildirib ki, “tezliklə hər iki tərəfdən yaxşı xəbərlər gözlənilir” və danışıqları Pakistan ordusunun baş feldmarşalı Asim Munir aparıb.

Mənbə əlavə edib ki, bu axşam razılaşmanın bağlanması gözlənilir.

Ağ Ev çərşənbə axşamı açıqlayıb ki, Tramp Şərifin təklif etdiyi atəşkəsdən xəbərdardır və “cavab veriləcək”.

Tramp daha əvvəl bildirmişdi ki, ABŞ İranda müharibə ilə bağlı “intensiv danışıqlar” aparır, lakin təfərrüat verməkdən imtina edib.

Pakistan Misir, Türkiyə və Səudiyyə Ərəbistanı ilə birlikdə münaqişə tərəfləri arasında vasitəçi kimi çıxış edir.

“Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylər sabit, qətiyyətli və güclü irəliləyiş nümayiş etdirir və yaxın gələcəkdə əhəmiyyətli nəticələr verə bilər”, - deyə Şərif bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin