Ordu.az xəbər verir ki, bu barədə “BBC News” Baş katibin nümayəndəsinə istinadən məlumat yayıb.
Quterreşin nümayəndəsi Stefan Düjarrik birbaşa ABŞ Prezidenti Donald Trampın adını çəkməsə də, Trampın İran üçün müəyyən edilmiş son tarix yaxınlaşarkən “bütün sivilizasiyanın bu axşam məhv olacağını” bildirməsindən sonra bəyanatla çıxış edib.
Düjarrik qeyd edib ki, BMT baş katibi “bütün mülki əhalinin və ya sivilizasiyaların siyasi və hərbi qərarların nəticələrinə görə məsuliyyət daşıya biləcəyini nəzərdə tutan” şərhlərdən narahatdır.
“Heç bir hərbi məqsəd cəmiyyətin infrastrukturunun kütləvi şəkildə məhv edilməsini və ya mülki şəxslərə qəsdən əzab verilməsinə haqq qazandıra bilməz”, - deyə o bildirib.
Quterreş həmçinin hesab edir ki, müharibə “liderlər məhvetmə əvəzinə dialoqu seçəndə bitə bilər və bu seçim hələ də mövcuddur”.
Sevinc Əliyeva
Ordu.az