Ordu.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrikin bəyanatında deyilir.
“Baş katib ABŞ və İranın iki həftəlik atəşkəs elanını alqışlayır. O, Yaxın Şərqdə mövcud münaqişənin bütün tərəflərini beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməyə və regionda uzunmüddətli və hərtərəfli sülhə yol açmaq üçün atəşkəsə hörmət etməyə çağırır”, - deyə bəyanatda bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, hərbi əməliyyatların dayandırılması mülki əhalinin qorunması üçün dərhal zəruridir.
BMT baş katibi həmçinin atəşkəsin əldə olunmasına göstərdikləri köməyə görə Pakistana və digər vasitəçilərə təşəkkür edib.
Sevinc Əliyeva
Ordu.az