Ordu.az xəbər verir ki, hərraclar zamanı "Brent" markalı neftin qiyməti martın sonundan bəri ilk dəfə olaraq bir barel üçün 94 dollardan aşağı düşüb.
Bakı vaxtı ilə saat 04:18-ə olan vəziyyətə görə, "Brent" neftinin iyun fyuçersləri əvvəlki bağlanışla müqayisədə 10,9% ucuzlaşaraq bir barel üçün 93,70 dollara enib.
"The New York Times" nəşrinin məlumatına görə, "WTI" markalı neftin qiyməti də 9%-dən çox ucuzlaşaraq bir barel üçün 102 dollar olub.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlayan hərbi əməliyyatından bəri neft kotirovkaları sürətli artım nümayiş etdirirdi. Bu dövr ərzində bir barelin qiyməti 65 dollardan 100 dollara qədər yüksəlib, mart ayındakı qiymət sıçrayışı isə 1983-cü ildən bəri ən əhəmiyyətli sıçrayış olub. Mart ayında "Brent" markalı neftin orta topdansatış qiyməti bir barel üçün 103 dollar təşkil edib.
Ordu.az