İraqdakı radikal qruplaşmalar iki həftəlik fəaliyyət fasiləsi elan edib

2026/04/1775042297.jpg
Oxunub: 505     07:14     08 Aprel 2026    
“İraqda İslam Müqaviməti” hərəkatına daxil olan hərbi şiə qruplaşmaları həm İraq ərazisində, həm də ondan kənarda ABŞ və İsrail hədəflərinə qarşı hərbi fəaliyyətlərini iki həftəlik dayandırdıqlarını elan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə radikalların bəyanatında deyilir.

“Ölkə daxilində və xaricində hərbi fəaliyyətlərin iki həftəlik dayandırıldığını elan edirik”, - deyə “Al Arabiya”nın sitat gətirdiyi bəyanatda bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   ABŞ  


Bizi "telegram"da izləyin