“The Times of Israel”: İsrail Hərbi Hava Qüvvələri İrana və “Hizbullah”a qarşı zərbələri davam etdirir

2024/09/1726808496.jpg
Oxunub: 561     07:21     08 Aprel 2026    
İsrail Hərbi Hava Qüvvələri atəşkəs barədə bəyanata baxmayaraq, İrana qarşı zərbələri davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” təhlükəsizlik xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bundan əlavə, nəşrin qeyd etdiyinə görə, Pakistanın Baş naziri Şahbaz Şərifin atəşkəsin “dərhal qüvvəyə mindiyi” və “Livanda və hər yerdə” tətbiq olunmalı olduğu barədə əvvəlki açıqlamasına baxmayaraq, İsrailin Livanın “Hizbullah” hərəkatına qarşı əməliyyatlarının dayandırılmasına dair əlamətlər də yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Hizbullah  


Bizi "telegram"da izləyin