CNN: ABŞ və İran arasında İslamabaddakı danışıqlarda Vens, Uitkof və Kuşner iştirak edəcək

2026/04/1775576896.jpg
Oxunub: 575     05:54     08 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin İranda sülh danışıqlarında iştirakı gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə CNN Amerika administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında İslamabadda keçiriləcək danışıqlar Pakistan nümayəndələrinin iştirakı ilə baş tutacaq və onlar vasitəçi rolunu oynayacaqlar.

Hazırda Macarıstanda olan Vensin xarici səfər proqramına İslamabadın da əlavə olunması mümkündür.

Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ nümayəndə heyətlərini aprelin 10-da İslamabadda danışıqlara dəvət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Uitkoff   Kuşner  


Bizi "telegram"da izləyin