Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, sənəd Bəhreyn tərəfindən səsverməyə çıxarılıb.
Səsvermənin nəticələrinə əsasən, TŞ-nin 15 üzvündən 11-i təşəbbüsü dəstəkləyib. Rusiya və Çin əleyhinə çıxış edib, daha iki ölkə isə bitərəf qalıb.
Qeyd edilib ki, Moskva və Pekin qətnamənin mətnini İrana qarşı qərəzli hesab edib.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi səsvermənin nəticələrini şərh edərək, məsuliyyətli ölkələri Vaşinqtonun boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə səylərinə qoşulmağa çağırıb.
Agentliyin məlumatına görə, səsvermə ABŞ Prezidenti Donald Trampın İranın ünvanına səsləndirdiyi sərt bəyanatlar fonunda keçirilib.
Ordu.az