Şərif: “İran və ABŞ hər yerdə, o cümlədən Livanda dərhal atəşkəs barədə razılığa gəliblər”

2026/04/1775618406.jpg
Oxunub: 639     04:12     08 Aprel 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları öz müttəfiqləri ilə birlikdə hər yerdə, o cümlədən Livanda dərhal qüvvəyə minəcək atəşkəs barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsində yazıb.

“Böyük təvazökarlıqla məmnuniyyətlə elan edirəm ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə birlikdə hər yerdə, o cümlədən Livanda və digər ölkələrdə dərhal qüvvəyə minəcək atəşkəs barədə razılığa gəliblər”, - deyə o bildirib.

“Bu müdrik addımı ürəkdən alqışlayıram və hər iki ölkənin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Mən onların nümayəndə heyətlərini 2026-cı il aprelin 10-da, cümə günü İslamabadda bütün mübahisəli məsələləri tənzimləmək və yekun saziş bağlamaq məqsədilə danışıqları davam etdirməyə dəvət edirəm. Hər iki tərəf diqqətəlayiq müdriklik və anlayış nümayiş etdirib və sülh və sabitlik işinin irəliləməsi naminə konstruktiv şəkildə fəaliyyət göstərməkdə davam edir. Biz səmimi qəlbdən ümid edirik ki, İslamabad danışıqları davamlı sülhə nail olmaq baxımından uğurla başa çatacaq və yaxın günlərdə daha çox xoş xəbərlər çatdırmağı səbirsizliklə gözləyirik”, - deyə Şərif yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin