İsraildə Tehranda sinaqoqa endirilən zərbə ilə bağlı təəssüf ifadə olunub

2026/04/1775587017.jpg
Oxunub: 561     01:32     08 Aprel 2026    
İsrail Müdafiə Ordusu (IDF) Tehranda sinaqoqa endirilən zərbə nəticəsində binanın zədələnməsi ilə bağlı təəssüfünü ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun açıqlamasında bildirilib.

“Zərbə nəticəsində yaxınlıqdakı sinaqoqun zədələndiyi barədə məlumatlar daxil olub. İsrail Müdafiə Ordusu sinaqoqa dəyən dolayı zərərə görə təəssüf edir və vurğulayır ki, zərbə rejimin silahlı qüvvələrinə məxsus yüksək səviyyəli hərbi obyektə endirilib”, - deyə “The Times of Israel” nəşri ordudan sitat gətirib.

İsrail ordusunun məlumatına görə, zərbədən əvvəl “mülki əhaliyə zərər vurulması riskini minimuma endirmək” üçün bütün zəruri tədbirlər görülüb.

IDF-də qeyd edilib ki, zərbə yüksək dəqiqlikli sursatla endirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin