Ordu.az xəbər verir ki, bu barədə rayonun rəhbərinin müavini bildirib.
“Şəhriyar rayonunun Vain şəhərinin yaşayış məhəlləsində raket zərbəsi və mərmi düşməsi nəticəsində azı 9 nəfər, o cümlədən 6 yaşlı uşaq və üç qadın həlak olub. Dağıntıların təmizlənməsi və hadisə yerində yardım göstərilməsi işləri davam edir”, - deyə YJC agentliyi onun sözlərindən sitat gətirib.
On beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xilasetmə xidmətləri dağıntıları təmizləməyə davam edir.
Sevinc Əliyeva
Ordu.az