Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bu gecə (8 aprel gecəsi) bütöv bir sivilizasiya öləcək və onu bir daha heç vaxt geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma yəqin ki, belə də olacaq”, - deyə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp təkrar edib ki, hazırda İranda hakimiyyət başında “daha ağıllı və daha az radikal insanlar” dayanır və gün ərzində “inqilabi və möhtəşəm bir şeyin” baş verəcəyinə ümid etdiyini bildirib.
“Kim bilir? Biz bunu bu axşam dünya tarixinin ən mühüm, uzunmüddətli və mürəkkəb anlarından birində biləcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az