Tehran-Təbriz avtomagistralı bağlanıb

2026/03/1773206609.jpg
Oxunub: 389     15:14     07 Aprel 2026    
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda paytaxt Tehranı Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərinə birləşdirən avtomagistral bağlanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.

Bildirilib ki, magistral yolun 90 kilometrliyində yol xidməti bölməsinin yaxınlığına raketlər düşüb.

Eyni zamanda Şərqi Azərbaycan vilayətinin Bostanabad-Miyana arasındakı köhnə yol raketlərin düşməsi nəticəsində bağlanıb.

Hazırda yolların açılması ilə əlaqədar əməliyyat işləri aparılır. Qeyd olunan yollardan ikinci xəbərdarlığa qədər istifadə olunmaması istənilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Təbriz  


Bizi "telegram"da izləyin