Ordu.az xəbər verir ki, bunu “France Info” radiosunun efirində Fransanın xarici işlər naziri Jan-Noel Baron bəyan edib.
“Biz mülki infrastruktura yönələn istənilən zərbəyə qarşıyıq”, - deyə o bildirib və əlavə edib ki, bu cür hərəkətlər müharibə qanunlarına ziddir və Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi ilə təhdid edir.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın Tehran çərşənbə gününə qədər Hörmüz boğazını açmasa, İranı “tamamilə məhv edəcəyini” vəd etdiyi təhdidləri fonunda səslənib. Tramp həmçinin İranın elektrik stansiyalarına endirilən zərbələrin hərbi cinayət kimi qiymətləndirilməməsinin mümkün olduğunu söyləyib, baxmayaraq ki, işin bu həddə çatmayacağına ümid etdiyini ifadə edib.
Sevinc Əliyeva
Ordu.az