ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranda pilotun xilas edilməsi barədə xəbəri ilk işıqlandıran jurnalistin məlumat mənbəyini açıqlamasını tələb edəcək. İmtina edəcəyi təqdirdə Tramp onu həbs etdirməklə hədələyib.
Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ağ Evdə keçirilən mətbuat konfransında Trampın bu açıqlamaları administrasiyanın mətbuata qarşı hücumlarının əhəmiyyətli şəkildə sərtləşdiyini göstərib. Son həftələrdə prezident öz köməkçiləri ilə qapalı görüşlərdə İranla bağlı ABŞ-İsrail müharibəsinin işıqlandırılmasının həddindən artıq mənfi olduğunu bildirib. Eyni zamanda Tramp və onun müttəfiqləri bəzi media qurumlarının reportajlarını açıq şəkildə tənqid ediblər.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
İran