“Axios”: Netanyahunun Trampı İranla atəşkəsə razılaşmamağa inandırdığı bildirilir

2026/03/1774853394.jpg
Oxunub: 567     22:33     06 Aprel 2026    
İsrailli bir rəsminin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü telefon danışığı zamanı Donald Trampa hazırda atəşkəsə razılaşmamağı tövsiyə edib və belə bir addımın riskləri ilə bağlı narahatlığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid məlumat yayıb.

“Tramp Netanyahuna bildirib ki, əgər İran ABŞ-nin tələblərinə razılaşarsa, atəşkəs mümkündür, lakin eyni zamanda vurğulayıb ki, İran bütün zənginləşdirilmiş uranını təhvil verməli və zənginləşdirmə işlərini yenidən başlamaqdan çəkinməlidir”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin