Türkiyə və Rusiya arasında Suriya düyünü yenidən sərtləşir?

2026/04/1775498177.jpg
Oxunub: 644     21:55     06 Aprel 2026    
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Al Jazeera” saytında müəllif məqaləsi dərc edib. İsrailli ekspertlər bunu ABŞ prezidenti Donald Trampın “ultimatumuna cavab” kimi qiymətləndiriblər. Lakin İranın siyasi elitasına xas ritorikanın alt qatında Qalibaf İran İslam Respublikasının dövlət siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoyub.

İran parlamentinin sədri İsrail dövlətini təkcə region üçün deyil, həm də qlobal təhlükəsizlik üçün “taleyüklü təhdid” kimi qiymətləndirib və bildirib ki, bu dövlət “şəbəkəvi təsir vasitəsilə Yaxın Şərqin etnik-sivilizasiya mənzərəsini kökündən dəyişməyə çalışır”.

Qalibaf Fars körfəzi ərəb monarxiyalarına müraciət edərək bildirib ki, İran “heç bir qonşu ölkəni, xüsusilə də müsəlman ölkələri düşmən hesab etmir”. O, ərəb ölkələrini öz ərazilərindən “ABŞ hərbi bazalarını çıxarmağa və regionu islam ümməti prinsipi əsasında birləşdirməyə” çağırıb.

İran parlamentinin sədri faktiki olaraq artıq açıq dini və etnik-sivilizasiya xarakterli yeni qarşıdurmanın konturlarını müəyyənləşdirib və bu qarşıdurma ABŞ tərəfindən təklif olunan ərəb-İsrail tarixi barışığına qarşı yönəlib. Diqqət çəkən məqam ondan ibarətdir ki, regionun gələcək status-kvosu ilə bağlı Məhəmməd Baqer Qalibafın təsəvvürləri Türkiyə prezidenti Ərdoğanın təklif etdiyi modelə çox yaxındır.

Beləliklə, İrana qarşı İsrail-ABŞ hücumu elə bir prosesi sürətləndirə bilər ki, bu zaman Türkiyə və İran Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə islam ümməti prinsipi əsasında birləşərək İsrailə qarşı çıxış edə bilərlər. Bu kontekstdə məlum olub ki, ABŞ Livanın “Hizbullah” təşkilatına qarşı mübarizəyə Suriyanı da cəlb edir.

Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski Dəməşqə səfər edib, həmin gün Türkiyənin xarici işlər naziri Hakan Fidan da ora gəlib. Daha əvvəl Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əl-Şaraa alman KİV-lərinə bildirib ki, Suriyadan “Rusiyanın son iki hərbi bazası çıxarılacaq”. Zelenski və Fidan Türkiyə və Rusiya prezidentlərinin telefon danışığından iki gün sonra Dəməşqə gediblər. Demək olar ki, paralel olaraq Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Görünür, Yaxın Şərqdə Rusiya-Türkiyə gərginliyi formalaşır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Suriya  


Bizi "telegram"da izləyin