Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin prezidenti Donald Tramp bildirib.
“Biz indi dərhal İranı tərk edə bilərdik, lakin mən işi sona çatdırmaq istəyirəm.
Əgər seçimim olsaydı, nə edərdim? Nefti götürərdim. Təəssüf ki, Amerika xalqı bizim geri qayıtmağımızı istəyərdi.
Əgər bu mənim ixtiyarımda olsaydı, mən nefti saxlamaq istəyərdim. Sadəcə düşünmürəm ki, amerikalılar bunu həqiqətən başa düşər.
Çərşənbə axşamı İran üçün son tarixdir. Hesab edirik ki, İranda yeni rejim əvvəlkilərdən daha ağıllıdır. Tam rejim dəyişikliyi baş verib”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az