WSJ: İran səbəbindən Asiyada yaranan enerji böhranı Avropaya yayıla bilər

2026/04/1775480388.jpg
Oxunub: 412     17:01     06 Aprel 2026    
İran müharibəsi səbəbindən Asiyada yaranan enerji böhranı Avropa regionuna da yayıla bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, İran müharibəsinin yaratdığı neft böhranı artıq Asiyada hiss olunur və iqtisadçılar bildirirlər ki, bu, Yaxın Şərqdən idxaldan asılı olan Avropa və Afrika ölkələri üçün də gözlənilən vəziyyətin göstəricisidir.

Müəllif bildirib ki, məhz Asiya-Sakit okean regionu ilk olaraq neft və qaz tədarükündə ciddi məhdudiyyətlərlə üzləşib. Vəziyyət region ölkələrinin bir çoxunun daxili enerji ehtiyatlarının az olması ilə daha da ağırlaşır. ABŞ İranda hərbi əməliyyatlarını üç həftə ərzində başa çatdırsa belə, bu, Tehranın dərhal Hörmüz boğazını açacağı anlamına gəlmir.

“Bu vəziyyət Avropanı və bir çox Afrika ölkələrini riskli vəziyyətə salır. Bununla yanaşı, ABŞ-nin özü ehtimal ki, yanacaq çatışmazlığı ilə üzləşməyəcək.

Bundan əvvəl bir sıra Asiya ölkələri enerji resurslarına qənaət etmək üçün tədbirlər görməyə başlayıb. Hindistan hakimiyyəti bəzi müəssisələr üçün yanacaq təchizatını azaldıb. Banqladeşdə təbii qazdan istifadə edən bəzi zavodlar bağlanıb. İndoneziyada sürücülər üçün gündəlik benzin limiti tətbiq edilib.

Növbəti mərhələ Avropa ola bilər: Avropa İttifaqında benzin qiymətləri 15%, dizel yanacağı isə 30% bahalaşıb. Təbii qazın qiymətləri isə 50%-dən çox artıb”, - deyə “The Wall Street Journal” yazıb.

Müəllif əlavə edib, Avropa ölkələri Körfəz ölkələrindən nisbətən az mayeləşdirilmiş təbii qaz (LNG) və xam neft idxal etsə də, aviasiya yanacağı tədarükü baxımından regiondan asılıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Asiya   Avropa  


Bizi "telegram"da izləyin