Ordu.az xəbər verir ki, qlobal miqyasda istehsalçıları, hərbi rəsmiləri və təhlükəsizlik üzrə qərarvericiləri bir araya gətirən sərgidə TİSAŞ ziyarətçilərini 5100 nömrəli stenddə qəbul edəcək.
Aprelin 20-də qapılarını açacaq və aprelin 23-də başa çatacaq tədbirdə TİSAŞ yeni əməkdaşlıqlar qurmaq və fərqli bazarlara çıxmaq imkanlarını dəyərləndirəcək.
TİSAŞ qabiliyyətlərini beynəlxalq müstəviyə daşımaqla yanaşı, müdafiə və təhlükəsizlik sektorlarında fəaliyyət göstərən mühüm şirkətlərlə bir araya gələrək yeni ticari əlaqələr inkişaf etdirəcək.
İlki 1988-ci ildə keçirilən və iki ildən bir təşkil olunan DSA bu il 19-cu dəfə təşkil ediləcək.
Türkiyə 1996-cı ildən etibarən sərgidə “milli iştirak” təmin edir.
Sevinc Əliyeva
Ordu.az